Menu

Yaralı erməni əsgərlər İrəvana aparılır

20.03.2015, 12:13
Yaralı erməni əsgərlər İrəvana aparılır

Ötən gün cəbhə xəttində baş verən atışma zamanı yaralanan erməni əsgərlər paytaxt İrəvana aparılır.Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Klinik Hospitalının rəisi Aram Asaturyan bildirib.

“Onların vəziyyəti stabil ağırdır. Bir hərbçi qarın nahiyəsindən yaralanıb, digərinin isə əli amputasiya olunub”, - deyə hospitalın rəisi bildirib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol