ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri Ceyms Klepper özünün “Birləşmiş Ştatların kəşfiyyat idarələrinə qlobal təhlükələrin dəyərləndirilməsi” adlı illik məruzəsində İran və “Hzibullah” təşkilatını ABŞ üçün terror təhlükələri siyahısından çıxarıb.Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, baxmayaraq ki, İran və “Hizbullah”ın adı “Terrorizm” fəslində “ABŞ-ın müttəfiqlərinə birbaşa təhlükə yaradanlar” kimi keçir, bu ilki məruzədən onların adları çıxarılıb.“Mən hesab edirəm ki, bundan tərəflər qarşılıqlı şəkildə fayda götürür: İran terrorla mübarizədə bizə kömək edir, biz isə onun nüvə iddialarına yardımçı oluruq və adlarını siyahıda ixtisara salırıq” – bildirib xarici əlaqələr üzrə müşavir Maks Abrams.
“Dünya dəyişib. İŞİD indi vaxtilə “əl-Qaida”nın yaratdığı təhlükədən də böyük təhlükə kəsb edir, İran isə İŞİD-lə mübarizədə bizə kömək edir” - əlavə edib o.


Şərhlər