Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) möhtəşəm seçki reklam çarxı ölkənin Mərkəzi Seçki Komitəsi tərəfindən qadağan edilib. Bu barədə Trend Türkiyənin Haber 7 telekanalına istinadən məlumat verir. Məlumata əsasən reklamın qadağan olunmasının başlıca səbəbi reklam çarxında dini rəmzlərin və ölkə bayrağının reklam vasitəsi kimi istifadə edilməsidir. Məlumatda o da qeyd olunur ki, reklam çarxından ölkə bayrağı və dini rəmzlər çıxarılacağı təqdirdə, çarxa olan qadağa aradan qaldırıla bilər.
Ancaq AKP-nin bu tələblə razılaşmayacağı və qərarı məhkəməyə daşıyacağı bildirilir.


Şərhlər