Menu

Rusiya səfirinin nüvə hədəsi Avropada qəzəb doğurub - Müharibə hazırlıqları sürətlənib

24.03.2015, 00:02
Rusiya səfirinin nüvə hədəsi Avropada qəzəb doğurub - Müharibə hazırlıqları sürətlənib

Rusiya ilə quru sahəsi olmayan Litva ümumi hərbi mükəlləfiyyət elan edib

NATO-nun raket əleyhinə müdafiə sistemlərinə Danimarkanın qoşulacağı təqdirdə, bu ölkə Rusiyanın nüvə raketlərinin hədəfinə çevriləcək. "The İndependent"-in məlumatına görə, bu barədə Rusiyanın Danimarkadakı səfirinin söylədikləri təhdid dolu sözlər Kopenhageni bərk qəzəbləndirib.

Xatırladaq ki, səfir Mixail Vanin “Jyllands-Posten”qəzetinə verdiyi müsahibəsində deyib: "Mən düşünmürəm ki, Danimarka, ABŞ-ın başçılıq etdiyi raket əleyhinə müdafiə sistemlərinə qoşulmağın nə ilə nəticələnəcəyini tam mənası ilə anlamır. Əgər bu baş verərsə, onda Danimarka gəmiləri Rusiya nüvə raketlərinin hədəfinə tuş gələcək.”

“Kopenhagen Post” nəşrinin məlumatına görə, Mixail Vanin daha sonra əlavə edib ki, bu danimarkalıların qərarıdır, lakin ölkələr arasındakı münasibətlər korlanır və "siz pulunuzu və təhlükəsizliyinizi itirəcəksiniz".

Bu hədələyici fikirlər Şərqi Avropada baş verən gərginliklər fonunda səslənib. Beləki, Devid Kemeron və digər Avropa liderləri qərara alıblar ki, Ukrayna ilə bağlı olan sülh müqaviləsi yerinə yetirilməyəcəyi vaxta qədər Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müddəti uzadılsın.

Danimarkanın Xarici İşlər naziri Martin Liderqard rusiyalı diplomatın hədələrini kəskin qınayaraq deyib: "Bu, qətiyyən qəbul edilməzdir. Rusiya çox yaxşı bilir ki, NATO-nun raket əleyhinə müdafiə sistemi özünü qoruma xarakteri daşıyır. Biz bir çox mühüm məsələlərdə Rusiya ilə razı deyilik, ancaq buna baxmayaraq, münasibətlərimizdəki çalarların pozitiv qalmasını da vacib hesab edirik.”

Brüsselə təşrif buyuran britaniyalı məmur, Kreml təhlükəsi ilə üzləşən müxtəlif ölkələrin demokratik institutlarına kömək göstərmək məqsədi ilə Kemeronun 20 milyardlıq fond təklifinin iş planını təqdim edib. Həmin səlahiyyətli məmur məsələ ilə əlaqədar olaraq deyib: ”Birləşmiş Krallığın uzunmüddətli marağı ondan ibarətdir ki, biz Şərqi Avropa  ilə sərhəddə güclü və stabil dövlətlər görmək istəyirik. Bu növbəti Ukrayna yaranmasının qarşısını almaq məqsədi ilə həyata keçirilməsi nəzərdə tutulan uzunmüddətli investisiyalardır”.

Hal-hazırda Baltik ölkələrində Vladimir Putinin hücum əmri verməsi qorxusu elə yüksək həddə gəlib çatıb ki, hətta Rusiya ilə quru sahəsi olmayan Litva ümumi hərbi mükəlləfiyyət elan edib.

Litva ilə Rusiyanın arasında ruspərəst prezident Lukaşenkonun rəhbərlik etdiyi Belarus yerləşir. Litvanın prezidenti Dalya Qribauskayte bilirib ki, hazırda 15 min nəfərdən ibarət olan ordu sıralarını genişləndirməkdən ötrü ölkənin ümumi hərbi mükəlləfiyyət haqqında qanun qəbul etməsi vacibdir. Bu barədə Litva müdafiə naziri Vitautas Jukas deyib: ”Kritik əsgər çatışmamazlığı bizə lazımı səviyyədə hazırlıqlı olmağa maneçilik törədir və milli suverenliyimizə real təhlükə yaradır”.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol