Menu

CNN Rusiyada yayım lisenziyası alıb

24.03.2015, 12:36
CNN Rusiyada yayım lisenziyası alıb

ABŞ-ın CNN telekanalı 10 il ərzində Rusiyada yayım üçün universal lisenziya alıb. CNN-ə universal yayım lisenziyası verilməsi barədə əmr imzalanıb. Xəbəri İnterfaks agentliyi rəsmilərə istinadla yayıb. Öncə İzvestiya da bu barədə yazmışdı.

CNN 198-ci illərin sonlarından Rusiyada yayımlanıb. 1998-ci ildən kabel və peyk yayımı həyata keçirilib. Ötən il telekanal fəaliyyətini dayandırmalı olub. Belə ki, Rusiya qanunvericiliyinə dəyişiklik ödənişli kabel telekanallarında reklamı qadağan edib. CNN isə xarici yayım üçün nəzərdə tutulmuş reklamdan texniki baxımdan imtina edə bilməyib.

Yanvarın əvvəlində CNN-in Rusiyaya qayıtması üçün danışıqlar başlayıb. Bir ay öncə CNN-ə yeni qeydiyyat şəhadətnaməsi verilib.(Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol