Litva ordusunun çevik hərəkət qüvvələri və ölkə ərazisində yerləşdirilmiş NATO–nun hərbi hava missiyası yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Buna səbəb Rusiya ordusu və donanmasının hərbi təlimləridir.
Litva ordusunun komandanı general-mayor Vitas Jukas deyib ki, pribaltları qorxuya salan Rusiya hərbi təlimlərinə Baltik ölkələrinin birləşmiş potensial gücundən üç dəfə artıq qüvvə cəlb edilib. O, əlavə olaraq bidirib:
”Lakin əgər kimsə Litvanın dövlət sərhəddini pozarsa, biz həmin təcavüzkara qarşı adekvat cavab vermək qətiyyətindəyik”.
V.Nəsibov


Şərhlər