Menu

Cen Psaki Dövlət Departamentindən getdi

25.03.2015, 00:32
Cen Psaki Dövlət Departamentindən getdi

Cen Psaki ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi kimi sonuncu mətbuat konfransını keçirib. Musavat.com-un məlumatına görə, bu barədə Departamentin saytında yerləşdirilən xəbərdə deyilir.

“Sizinlə işləmək şərəf və xoş idi... Bizdə ABŞ-dan və digər ölkələrdən olan jurnalistlərə belə diskussiyalarda iştirak imkanı verən unikal forum formalaşıb ki, bu da cəmiyyətin və demokratiyanın inkişafı üçün çox faydalıdır” – deyib Psaki.

Mətbuat konfransı xanım Psakinin ünvanına alqışlarla başa çatıb.

Cen Psaki prezident bundan sonra Barak Obamam administrasiyasında kommunikasiyalar üzrə direktor postunda çalışacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol