Menu

ABŞ qoşunları ilin axırınadək Əfqanıstanda qalacaq

25.03.2015, 02:04
ABŞ qoşunları ilin axırınadək Əfqanıstanda qalacaq

ABŞ 2015-ci ilin sonunadək Əfqanıstan ərazisində 9800 nəfərlik hərbi kontingent saxlayacaq. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin prezident Barak Obamanın əfqan həmkarı Əşrəf Qəni ilə görüşünün yekunlarına dair yaydığı bəyanatda deyilir.

“Prezdent Qəninin çevik çıxarılma qrafiki ilə bağlı xahişi əsasında ABŞ 9800 nəfərlik hərbi qulluqçuların ölkə ərazisində ilin sonunadək qalmasını təmin edəcək” – bəyanatda qeyd edilir.

O da bildirilir ki, 2016-cı ildə ABŞ qoşunlarının konkret çıxarılma qrafiki az sonra, bu il ərzində hazırlanacaq. Gələn il Əfqanıstanda yalnız Kabildəki səfirliyin mühafizəsi üçün zəruri sayda qüvvə saxlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol