Menu

Azərbaycan benzin istehsalını artırıb

25.03.2015, 11:06

benzin azpetrol2015-cü ilin yanvar-fevral Azərbaycanda 199,4 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəkindən 0,7 faiz çoxdur. Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-fevral ayının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə bu ilin yanvar-fevral aylarında Azərbaycanda 829,8 min ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 751 min ton olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol