Menu

Temperatur yüksələcək - Proqnoz

25.03.2015, 17:01

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasBakıda və Abşeronda 10-15 dərəcə isti olacaq

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 4-6, gündüz 10-15 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gecə və səhər şərq rayonlarında yağıntı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol