Rubl, Yəməndəki əməliyyatların Yaxın Şərqdən neft təklifinə mənfi təsir edə biləcəyi narahatlıqlarının artırması ilə Dollar qarşısında bahalaşır.
Rubl neft qiymətlərində baş verən artımdan dəstək alaraq yüksəlir. Ümumiyyətlə, Rubl beşinci gündür güclənir.
Rusiyaın valyutası bu gün dollar qarşısında 2.5% bahalaşaraq 56.50 rubl səviyyəsinə gəlib. Rusiyanın istiqrazları və şirkətlərinin səhmləri də bahalaşır.
Rusiyanın gəlirlərin yarısını təşkil edən neft bu gün 5.8 faizə qədər yüksələrək Londonda 59.78 dolara çıxıb. Neftin bahalşamasına Səudiyyə Ərəbistanının beynəlxalq neft nəqliyatı keçidində yerləşən Yəməni bombalaması təsir göstərib.
2014-cü ildə dəyərini demək olar ki, 50% itirən Rubl, neft qiymətlərindəki sabitləşmə və Ukrayna ilə əldə edilən atəşkəs nəticəsində bu il 7.6 faiz bahalaşıb.
Yəməndəki əməliyyatların uzunmüddətli olmaması vəziyyətində Rublun, neft qiymətlərində 55 dollara doğru gedəcək geri çəkilmə ilə bərabər yaxın perspektivdə 59.13-ə zəifləyəcəyi bildirilir. /"Marja"


Şərhlər