Menu

Təmirə bağlanmış iki yol açıldı

26.03.2015, 17:34
Təmirə bağlanmış iki yol açıldı

Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış da artıq açıqdır: "Hər iki yol bu gün saat 17:00-dan etibarən açılıb, nəqliyyat vasitələri bu yollarda sərbəst hərəkət edə bilərlər".

Qeyd edək ki, təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol