Dekabr ayının 28-də Bişkekdəki Çingiz Aytmatov adına “Bişkek kitabxanalar sistemində” BDU-nin professoru Gərayzadə Leyla Zeynal qızının “Mir Çinqiza Aytmatova” kitabının təqdimat mərasimi keçiriləcək. Mərasimi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu təşkil edəcək. Bu haqda məlumatı mətbuata Fondun rəhbəri Nüsrət Məmmədov verib. Onun sözlərinə görə, önsözünü Qırğızıstan MEA-nın vitse- prezidenti, akademik Abdıldacan Akmataliyevin yazdığı kitab dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunub: "Hesab edirəm ki, "Mir Çinqiza Aytmatova" yazıçının 85 illik yubileyinə ən gözəl töhfələrdəndir və kitab Qırğızıstan oxucularına pulsuz yayılacaq"- deyə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti bildirib.
Təqdimat mərasimində kitabın müəllifi Leyla xanım Gərayzadə və dünya şöhrətli yazıçının ailə üzvləri də iştirak edəcəklər.
Qeyd edək ki kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr edilib.


Şərhlər