Menu

"Hərbi əməliyyat davam etdiriləcək" - Səudiyyə kralı

28.03.2015, 17:34

kral salman"Fars körfəzi ölkələri koalisiyasının Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək". APA-nın "Agence France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud deyib.

"Hərbi kampaniya Yəmən xalqının təhlükəsizliyi təmin olunanadək davam edəcək", - deyə kral qeyd edib.

Qeyd edək ki, koalisiya Yəməndə hərbi əməliyyatlara martın 26-da başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol