Menu

Separatçılar ATƏT-i öz mövqelərinə buraxmırlar

30.03.2015, 09:47
Separatçılar ATƏT-i öz mövqelərinə buraxmırlar

Ukraynanın şərqinə nəzarət edən Rusiya yönlü separatçılar ATƏT müşahidəçilərini Mariupol şəhəri yaxınlığındakı Şirokino qəsəbəsinə buraxmayıblar.

Bu barədə məlumatı ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının rəhbəri Maykl Boçurkiv verib.

Son vaxtlar bu ərazidə toqquşmalar baş verdiyini həm separatçılar, həm də Ukrayna hökumət qoşunları bildirmişdilər.

Missiyanın rəhbəri bildirib ki, əvvəlcədən verilmiş vədə baxmayaraq separatçılar Şirokino qəsəbəsinə yoxlanış səfərlərinin keçirilməsinə mane olurlar.

Missiya həmçinin bildirir ki, separatçılar onların qarşısında havaya atəş açıblar.

Təhlilçilər separatçıların Mariupol yaxınlığındakı mövqelərdə təftişlərə maneçilik törətməsini narahatedici əlamət sayırlar. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol