Menu

Hacı İbrahim Ali Ağaoğlunu özündən uzaqlaşdırdı – 5 gün əvvəl və bu gün…

17.12.2013, 16:18
Hacı İbrahim Ali Ağaoğlunu özündən uzaqlaşdırdı – 5 gün əvvəl və bu gün…

“Hər yerdə deyə bilərdi ki, “Xəzər adaları”nı mən tikdirirəm”

Türkiyədə həbs olunan məşhur iş adamı Ali Ağaoğlunun həbsinə “Khazar İslands” layihəsinin rəhbəri, “Avesta” Konsernin prezidenti Hacı İbrahim Nehrəmlidən reaksiya gəlib. Bir müddət əvvəl Bakıda işgüzar səfərdə olan Ağaoğlunu yerli media Hacı İbrahimin şəriki kimi təqdim edir. Hətta türkiyəli iş adamının həbsindən sonra da bəzi xəbər başlıqlarında “Hacı İbrahimin türk şəriki tutuldu” başlığına rast gəlmək mümkündür.

Bu barədə musavat.com-a açıqlama verən İbrahim Nehrəmli deyilənləri təkzib edib: “Ali Ağaoğlu ilə mənim heç bir layihədə şərikliyim yoxdur. O, Azərbaycana səfər edərkən görüşdük, “Khazar İslands” layihəsi çərçivəsində söhbət etdik, müzakirə apardıq. Amma onun bu layihəyə qoşulmasından söhbət gedə bilməz. “Xəzər Adaları” çox bahalı layihədi. Bu layihəyə kiminsə 15-20 milyonluq sərmayə qoyması sərf etmir. Ali Ağaoğlu layihəyə bu məbləğdə sərmayə qoyub sonra hər yerdə deyə bilərdi ki, “Khazar İslands”ı mən tikdirirəm. Çünki o, bir qədər göstəriliyə meylli biznesmendi”.

Hacı İbrahim Ali Oğlunun həbsinə hər hansı münasibət bildirmədi: “Münasibət bildirmək üçün gərək geniş məlumata malik olasan. Hələlik onu deyə bilərəm ki, Allah qapısını açsın. O, dəyərli iş adamıdı”.

Maraqlıdır ki, bu gün “onun bu layihəyə qoşulmasından söhbət gedə bilməz”, deyə qəti bir tonda türk iş adamını özündən uzaqlaşdıran Hacı İbrahim, cəmi 5 gün əvvəl publika.az saytına müsahibəsində Ali Ağaoğlu barəsində bunları demişdi:

“Ali Ağaoğlu işini bilən adamdır. Sağ olsun, dəvətimi qəbul edib bura gəldi. Həmin vaxt şəhər belə deyildi. Ancaq torpaq var idi. Əlini çiynimə vurub “sizin nə boyda ürəyiniz var” dedi. Düşünürəm ki, o, da layihəyə qatılacaq. Hər şeyin zamana ehtiyacı var.”

Cəmi 5 gün əvvəl türk iş adamı barəsində bunları deyən Hacl İbrahimin, bu gün ona az qala fırıldaqçı damğasını vurması (“Hər yerdə deyə bilərdi ki, “Khazar İslands”ı mən tikdirirəm”) maraqlı hadisədir.

V.Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol