Menu

Uilyam Heyg münasibətsiz suallardan necə “qaçıb”?

17.12.2013, 17:11
Uilyam Heyg münasibətsiz suallardan necə “qaçıb”?

Rəsmi London Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı vəziyyəti necə qiymətləndirir? Cənab Heyg hüquq müdafiəçilərinin Qəbrin və Böyük Britaniyanın neft-qaz maraqları naminə demokratiya məsələlərini qurban verməsi ilə bağlı fikrini necə şərh edə bilər?

Turan agentliyinin bu sualları “Şahdəniz-2” yatağı üzrə investisiya layihəsinin imzalanması mərasimində iştirak üçün Bakıya gəlmiş Böyük Britaniyanın XİN rəhbəri Uilyam Heygi çətin vəziyyətə salıb.

Bu suallara cənab Heyg belə cavab verib: “Bizə elə gəlir ki, iqtisadi inkişaf insan hüquqlarını möhkəmləndirir. Ölkəmiz ümumi iqtisadiyyat və insan hüquqları strategiyasını qəbul edən ilk ölkə olub. Buna görə bu amillər arasında (energetika dəyərləri və insan hüquqları – red.) ziddiyyət yoxdur.

Biz iqtisadi inkişafın böyük siyasi açıqlıq demək olduğuna əsaslanırıq”.

Bloomberg müxbirinin Heygin Anar Məmmədlinin həbsi məsələsini qaldırmasına dövlət başçısının reaksiyası ilə bağlı sualına cavabda Britaniya naziri qeyd edib ki, Azərbaycan prezidenti və XİN rəhbəri “bu iş və bir sıra digər spesifik işlər üzrə öz mövqelərini bildiriblər”.

BB baş naziri İlham Əliyevi üçüncü müddət üçün prezident seçilməsi münasibəti ilə təbrik etməyib, bu, Londonun seçkilərin uğursuz olduğunu etiraf etməsi deməkdir? “Azadlıq” radiosunun bu sualına cavabda Heyg deyib ki, London təkcə Böyük Britaniyanın deyil, bir çox digər ölkələrin də nümayəndələrinin daxil olduğu ATƏT müşahidə missiyasının fikrini dəstəkləyir. Bu sualdan sonra Heyg mətbuata təşəkkür edərək, brifinqin başa çatdığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol