Menu

Əli İnsanov yeni partiya söhbətlərini təkzib etdi

17.12.2013, 17:16
Əli İnsanov yeni partiya söhbətlərini təkzib etdi

Bu günlərdə mətbuatda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev və Almaniyadan siyasi sığınacaq alan keçmiş deputat Hüseyn Abdullayevlə birgə partiya yaradacağı haqda məlumat yayılmışdı. Məlumatda partiyanın “Yeni nəfəs” adlanacağı da deyilirdi.

Əli İnsanov adının yeni partiya yaradıcılığı ilə bağlı hallandırılmasına münasibət bildirib. Keçmiş nazir bunu şaiyə adlandırıb. Vəkili Toğrul Babayevin “Azadlıq”a bildirdiyinə görə, İnsanov deyib ki, hansısa yeni partiyanın yaradılmasında iştirakı barədə yazılanlar həqiqətə uyğun deyil.

Əli İnsanov Ali Məhkəmə Plenumunun onun barəsində qərarı ala bilməməsinə də qiymət verib. Plenumun qərarı 1 ay müddətinə müdafiə tərəfinə verilməliydi. Lakin 1 ay müddət ötsə də, qərar İnsanovun vəkilinə (və ya özünə) verilməyib. Toğrul Babayev deyib ki, keçmiş nazir bunu Ali Məhkəmə sədri Ramiz Rzayevin siyasi sifariş yerinə yetirməsi kimi izah edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol