Menu

Tələbə yataqxanasına silahlı hücum: ölənlər var

02.04.2015, 14:54
Tələbə yataqxanasına silahlı hücum: ölənlər var

Keniyanın şimal-şərqində Universitetin yataqxanasına silahlı hücum edilib.

Azı 2 nəfərin öldüyü, 30 nəfərinsə yaralandığı xəbər verilir.

Maskalı yaraqlılar Sudanla sərhəddə yerləşən Garissa Universitetin yataqxanasına hücum ediblər.

Yataqxananın girəcəyində baş verən atışmada təhlükəsialik xidmətinin 2 əməkdaşı həlak olub.

Rəsmilərin sözlərinə görə, yaraqlılar hara gəldi atəş açdığından ölü sayı arta bilər.

Yerli Qırmızı Xaç Təşkilatı xeyli tələbənin girov götürüldüyünü xəbər verir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Təhlükəsialik qüvvələri universiteti mühasirəyə alıb. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol