Menu

Səudiyyə ordusu Yəməndə itki verdi

02.04.2015, 18:23
Səudiyyə ordusu Yəməndə itki verdi

Şiddətli atışma nəticəsində 1 Səudiyyə əsgəri ölüb, 10 nəfər isə yaralanıb

Yəməndə hərbi əməliyyatlar keçirən Səudiyyə Ərəbistan ordusu itki verib. Anspress-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, əməliyyatların yeddinci günündə Yəmən sərhədində Səudiyyə əsgərlərindən biri öldürülüb, 10-u isə yaralanıb.

Belə ki, sərhəddə dağlıq ərazilərdən Səudiyyə əsgərlərinə atəş açılıb. Şiddətli atışma nəticəsində 1 Səudiyyə əsgəri ölüb, 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, Yəməndə Husilərə qarşı başda Səudiyyə Irıbistan olmaqla havadan hərbi əməliyyatlar həyata keçirilir. Antihusi koalisiyasına Bəhreyn, Qatar, BƏƏ, Küveyt, Misir, İordaniya, Sudan, Mərakeş və Pakistan daxil olmaqla 11 ölkə qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol