Menu

Husilər ballistik raketləri ələ keçirdilər

03.04.2015, 01:30
Husilər ballistik raketləri ələ keçirdilər

Yəməndə Husilər Hərbi Hava Qüvvələrlərinin ballistik raketlərini ələ keçirib. ANS PRESS-in məlumatına görə, bu haqda Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adel al-Djubeyri açıqlama verib.

"Vəziyyət indi belədir ki, üsyançılar ballistik raketlərə nəzarət edirlər və Hərbi Hava Qüvvələrləri onların əlindədir. Düşünmürəm ki, tarixdə nə vaxtsa belə hadisə olub ki, döyüşçülər ballistik raketlərə nəzarət etsinlər. Buna dözmək olmaz", - deyə Vaşinqtonda ABŞ-Ərəb münasibətləri üzrə Milli Şurada çıxış edərkən səfir deyib.

Onun sözlərinə görə, Husilərə qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya havadan əməliyyat aparır.

"Əməliyyat davam edir, bizim hədəfimiz hərbi hava gücləri, bazalar, ballistik raketlər və ağır silahlandırılmanın anbarlarıdır", -deyə səfir bildirib.

O həmçinin Husilərin koalisiya qüvvələrinin qaçqınların və dinc sakinlərin bombalaması xəbərini inkar edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol