Menu

Küləkli hava davam edəcək - Proqnoz

03.04.2015, 11:31

hava-kulekli-8Azərbaycan ərazisində küləkli hava proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən artıq Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq. Cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunub. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol