Menu

ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu

04.04.2015, 09:14
ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Jason Dunham” hərbi gəmisi Qara dəniz akvatoriyasına daxil olub. APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS”a Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahından bildirilib.

“ABŞ-ın “Jason Dunham” hərbi gəmisi Bosfor boğazından keçərək Qara dənizə daxil olub”, deyə mənbə agentliyə bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının yaydığı məlumatda bildirilib ki, “Jason Dunham” hərbi gəmisinin Qara dənizə daxil olması ABŞ-ın təhlükəsizlik və döyüş hazırlığının təmin olunması məsələsində müttəfiqləri ilə əməkdaşlığa sadiqliyini nümayiş etdirir, həmçinin bölgədəki NATO-ya üzv olan müttəfiq ölkələrdə sülhün və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilib.

Məlumata görə, gəmi idarə olunan raketlərlə təchiz edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol