Faiq Rüstəmov: “Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar, 4 ay sonra onu sui-qəsdlə aradan götürdülər”
1994-cü il martın 28-də Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmov “Yeni Müsavat”a geniş müsahibə verib. F.Rüstəmov atasının həyatına olan sui-qəsdin araşdırılmasını tələb edir.
Cahangir Rüstəmov kimdir və niyə öldürülüb?
Bu sualın cavabını onun döyüş yolunda axtarmaq lazımdır. Oğlu deyir ki, Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il xidmət keçəndən sonra polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Rus ordusunun ali ordeni olan “Qırmızı Ulduz” nişanı ilə təltif edilmiş C.Rüstəmovun rahat təqaüdçü həyatı 1 il çəkib. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C.Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb.
Uğurlu “Başkənd əməliyyatı”nın müəllifi və icraçısı

“Dadaş Rzayevlə münasibətləri normal idi”

Səfər Əbiyevlə münasibətləri kəskin idi- “Atamı zəhərləmişdilər”
F.Rüstəmov atası ilə korpus komandiri olan S.Əbiyevin münasibətlərinin kəskin olduğunu deyir: “O dövrlərdə atam korpus komandiri Səfər Əbiyevdən narazılıq edirdi. Deyirdi ki, işlərə, mühüm döyüş əməliyyatlarının keçirilməsinə mane olur. Korpusdakı iclaslardan gələndə əsəbi olurdu, deyirdi bezmişəm. Deyirdi ki, mən hərbi hissəni heç kimə etibar edib gedə bilmərəm”.
F.Rüstəmov atasının zəhərləndiyini də təsdiqləyir: “Həmin günlərin birində, 1993-cü ilin noyabr-dekabr aylarından birində xəbər gəldi ki, qərargah rəisi Nadir Qasımov səni çağırır. Qərargaha daxil olanda növbətçi dedi ki, komandirin otağına keç. Atamın kabinetinə keçdim, onu yataqda gördüm, ağzından köpük gəlirdi. Bu, zəhərlənmə idi, onu zəhərləmişdilər. Gədəbəyin Poladlı kəndindən olan zabit həkim atama ilk yardım göstərdi. Şəmkirdən tibbi briqada gəldi. Yardım göstərdilər, atamı Şəmkirdəki xəstəxanaya apardılar. 1 gün orada, 1 gün də evdə yatandan sonra yenidən hərbi hissəyə qayıtdı. Deyirdi ki, hərbi hissəni başsız qoya bilmərəm, vəziyyət ağırdır. O dövrlərdə Aslan Aslanov hərbi hissəyə gedib-gəlirdi. Səfər Əbiyev nazir gedəndən az sonra qərargah rəisi Nadir Qasımovu özünə köməkçi apardı”.
F.Rüstəmov deyir ki, C.Rüstəmov zəhərlənəndən sonra daim yanında olan 2 əsgəri uzaqlaşdırıb: “Həmin əsgərlər onun cangüdənləri idi. Onları uzaqlaşdırmasının səbəbini demirdi. Amma təxmin eləyirdik ki, o, nədənsə şübhələnir. Ola bilər ki, ona hədə-qorxu gəlmişdilər. Atam heç nədən qorxan adam deyildi. Amma ətrafında olan kimsəyə ziyan dəyməsini də istəmirdi”.
Komandirin maşınında partlayış...

Partlayış zamanı maşında olan sürücü Saleh Əliyevi Şəmkir xəstəxanasına aparmışdılar. Birbaşa ora yollandım, onunla görüşdüm. O, çox pis idi. Amma huşu başında idi. Dedim ki, imkan verməyin ki, onu da öldürsünlər. Gizir Saleh Əliyev atamın sürücüsü deyildi. O, rabitə bölüyündə R-845 “QAZ-66"nı sürürdü. Əslində atamın sürücüsü Valeri Vasiliyeviç Bexmetyev idi. Lakin hadisə zamanı anasının xəstəliyi ilə əlaqəli 3 günlük icazə alıb Şəmkirə getmişdi. O, atamı çox qoruyurdu. Ailəmizə çox yaxın idi. Uşaq vaxtından gediş-gəlişimiz olub. Bu gün də fikirləşirik ki, Valeri getməsəydi, bəlkə də bu hadisə olmazdı. Saleh sürücü kimi işə çıxdığı 2-ci gün bu hadisə oldu. Atamı heç vaxt getmədiyi posta çağırmışdılar. Yolda hadisə olub. O yer Şınıxdakı hərbi hissədən 35 kilometr aralıda idi. Hadisədən az əvvəl oradan traktorla yoğun bir ağacı dartıb aparmışdılar”.
Komandirin maşınına 3 kanistr benzini kim qoyub?
Şəhid komandirin oğlu davam edir: “Əgər mina yola basdırılsaydı, həmin ağacın, ağacı dartan traktorun onun üzərindən keçməməsi mümkün deyildi. Üstəlik, atamın olduğu maşında 2 yanacaq çəni var. Hər çən 40 litr benzin tutur və 80 litr benzinlə maşın 800 kilometr yol qət edir. Belədə maşının arxa hissəsində 3 kanistr benzinin olması da müəmmalıdır. Həmin kanistrləri ora kim qoyub, bu gün də bilinmir. Partlayış zamanı maşında həmin kanistrlər dolu benzin də alışmışdı, atam ağır yanıq xəsarətləri də almışdı”.
İşi araşdıran müstəntiq də sui-qəsd nəticəsində öldürülüb
C.Rüstəmovun oğlu deyir ki, maşına heç vaxt əlavə benzin qoymurdular: “Buna heç ehtiyac da yox idi. Hadisədən dərhal sonra komandirin maşınının partladılmasını eşidən ətraf kəndlərdə yaşayan 100-ə yaxın şəxs maşınlarla ora gəlib. Hadisə yerinə baxıblar. Xoş-zor ərazidə maşınları manevrlər edib, maşınlardan düşən camaat ərazini qarış-qarış tapdalayıb. Amma nə baş verdi? Növbəti gün ora gedən Səbuhi adlı müstəntiq (Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyev - E.M.) hadisə yerində minaya düşüb öldü. Ona da sui-qəsd ediblər. Müstəntiqin bir ayağını mina aparmışdı”.
Müstəntiq maşında saat mexanizmli mina partlamasını təsdiqləyən sübutlar tapıbmış!

İşə cəlb edilən 2-ci müstəntiqin evi yandırılıb
F.Rüstəmov deyir ki, ermənilərin həmin yola mina qoyması sadəcə ağlasığmaz bir addım olardı: “Erməninin ora mina qoyması məntiqə uyğun deyil. Çünki ora mina qoyulması küçəyə atılması kimi idi. Məntiq yox idi. İşə başqa bir müstəntiqi cəlb etmişdilər. Sonradan bildik ki, onun evini yandırıblar. Bu gün iş dayandırılıb. Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm”.
Sui-qəsddən sonra baş verənlər təsdiqləyir ki...
F.Rüstəmov deyir ki, atasına sui-qəsddən sonra baş verənlər də bu əminliyi artırır: “1994-cü ilin aprelində mərhum prezident Heydər Əliyev atama ölümündən sonra ”Azərbaycan bayrağı" ordeni verilməsi haqda fərman vermişdi. Ordenin təqdimetmə mərasimi 1995 və ya 96-cı ilə təsadüf etmişdi. Həmin vaxt Səfər Əbiyev artıq müdafiə naziri idi. Ordeni Heydər Əliyev anama təqdim etmişdi. Anam mərhum prezidentdən xahiş etmişdi ki, onu təklikdə qəbul edib dinləsin. Heydər Əliyev göstəriş vermişdi ki, anamı qəbula yazsınlar. Anam qəbula getmişdi, Səfər Əbiyev və bir başqası orada anamın qoluna girib bir maşına əyləşdirməklə birbaşa “20 Yanvar”a apartdırıb oradan da rayona yola salmışdılar. Anam danışmışdı ki, atama sui-qəsddən sonra evimizə bir nəfər həyat yoldaşı ilə gəlib. Həmin şəxs deyib ki, işi aparan müstəntiqdir, yanındakı qadın isə həyat yoldaşıdır. Xahiş eləmişdi ki, işin araşdırılmasını tələb etməsin. Demişdi ki, 3 oğlun var, onlar da, mən də yazığam".
F.Rüstəmov atasına qarşı sui-qəsdin araşdırılmasını və günahkar şəxslərin cəzalandırılmasını tələb edir.
Şəmkirin tanınmış iş adamlarından biri Elpərəst Həsənlinin Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanova ittihamları haqda yazmışdıq. E.Həsənli A.Aslanovu 6 sui-qəsddə ittiham etmişdi. Həmin ittihamlardan biri əfsanəvi polkovnik Cahangir Rüstəmovla bağlı idi. E.Həsənli iddia edirdi ki, C.Rüstəmov Aslan Aslanovun əli ilə zəhərlənib, sonradan isə maşınına mina qoyularaq öldürülüb. E.Həsənli iddia edirdi ki, bu ölümlərə Aslan Aslanovun aidiyyəti var. O, bu və digər ölüm işlərinin araşdırılmadığını söyləmişdi.(musavat.com)
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Şərhlər