Menu

Bakıdan uçmaq Tiflisdən uçmaqdan nə qədər bahadır? - MÜQAYİSƏ

04.04.2015, 13:19
Bakıdan uçmaq Tiflisdən uçmaqdan nə qədər bahadır? - MÜQAYİSƏ

Azərbaycanda aviabilet qiymətlərin hədindən artıq baha olması haqda çox yazılıb. Bu məsələ dəfələrlə ictimai müzakirəyə çıxarılıb. Tanınmış vəkil Aslan İsmayılov bu faktı yenidən gündəmə gətirib. O, facebook sosial şəbəkəsindəki səhifəsində bayram günlərində xaricə səfər etmək istərkən qarşılaşdığı qiymətlərdən narazılığını belə ifadə etmişdi: “Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, AZAL bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də AZAL-ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir. Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tiflis-İstanbul-Tiflis isə 200 avrodur. Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır”.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə “Yeni Müsavat”a açıqlamasında xarici aviaşirkətlərin eyni istiqamətli uçuşlarının daha ucuz olması iddialarını da təkzib edib.

Buna cavab olaraq gənc fəal, keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev sosial şəbəkədə maraqlı bir sxem paylaşıb. AZAL və xarici aviaşirkətlərin bilet qiymətlərinin əks olunduğu həmin sxemi təqdim edirik.

AZAL-ın reysləri ilə:

Bakı - London 736 AZN

Bakı-Frankfurt 766 AZN

Baki-Paris 594 AZN

Baki-Moskva 443 AZN

Baki-Milan 395 AZN

Bakı-İstanbul 236 AZN

İndi bu reyslərin Tiflis vasitəsilə baş tutma qiymətlərinə nəzər salaq:

Tiflis-London 401 AZN (LOT - şirkətin adı)

Tiflis-Frankfurt 280 LOT

Tiflis-Paris 313 MAU

Tiflis-Moskva 253 MAU

Tiflis-Milan 239 Alitalia

Tiflis-İstanbul 152 Pegasus

İki tərəfə, gediş-gəliş üçün ucuz biletlərin siyahısına da nəzər salaq:

London-Oslo 31 AZN (1153 km) Ryanair

London-Köln 31 AZN(497 km) Ryanair

London-Berlin 65 AZN (932 km) Ryanair

Barselona-Amsterdam 45 AZN (1239 km) Ryanair

Bakı-Naxçıvan 100 AZN (400 km) AZAL.

Əlavə şərhə ehtiyac qamır. AZAL faktiki olaraq müştərilərindən .

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol