Aprelin 1-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbəəsi ləğv edilib. 40 nəfər işçinin çalışdığı bu mətbəədə, onlarla adda məhsul çap edildiyi bildirilir. Mənbənin "Azadlıq"a verdiyi məlumata görə, yaxın yünlərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində çalışan 44 min işçinin 22 mini ixtisara düşəcək, qalan 22 min işçinin isə iş saatı 4 saata endiriləcək. Mənbə hətta iş saatının 4-ə salınması ilə bağlı işçilərdən ərizə alındığını da iddia edir.
Qeyd edək ki, bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Cavid Qurbanov gətrilib. Onun qurumda cidi dəyişikllər həyata keçirmək niyyətində olduğu bildirilir. AzPolitika.info-nun məlumatına görə Cavid Qurbanov dəmiryolunda çalışan işçilərin maaşının qaldırılması üçün ixtisarların aparılmasının zəruriliyini bildirib.

Şərhlər