Rusiyanın istintaq orqanları bu yaxınlarda qətlə yetirilən müxalif siyasətçi Boris Nemtsovun uşaqlarını zərərçəkən kimi tanıyıb.
Bu barədə Nemtsovun ailəsinin vəkili Vadim Prokhorov məlumat verib.
Onun dediyinə görə, Nemtsov-un qızı Zhannanın maraqlarını daha bir vəkil müdafiə edəcək.
Vəkil hesab edir ki, qətlin sifarişçiləri apardıqları piar kampaniyası ilə işi dağıtmağa çalışırlar.
Hazırda Nemtsovun qətlində şübhəli bilinən çeçenəsilli 5 nəfər tutulub. Onlardan biri Zaur Dadayev istintaqda qətli törətdiyini söyləsə də, məhkəmədə bu ifadəni təzyiq altda verdiyini bəyan edib.
Nemtsov fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. O, Putin-in sərt tənqidçisi kimi tanınıb.
Mərhum siyasətçinin 4 uşağı var idi.


Şərhlər