Menu

Naxçıvanda zenit-raketlərdən real sınaq atışları edilib - Fotolar

04.04.2015, 16:24
Naxçıvanda zenit-raketlərdən real sınaq atışları edilib - Fotolar

Naxçıvanın hava məkanı etibarlı müdafiə olunur. Müdafiə Nazirliyindən bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir.

Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazırlıq məqsədilə təlim mərkəzində OSA 1T zenit-raket komplekslərindən real sınaq atışları icra olunub.

Atışlarda Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun yüksəklikdə, çətin dağlıq şəraitdə aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Atış zamanı qarşıya qoyulan əsas məqsədə nail olunaraq hədəflər məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol