Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları daha bir əməliyyat həyata keçirib. Nazirlikdən verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kəmalə Anufriyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.

Şərhlər