Menu

Aydın Əliyev təcili sürətdə Türkiyəyə getdi

18.12.2013, 15:43
Aydın Əliyev təcili sürətdə Türkiyəyə getdi

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təcili sürətdə Türkiyəyə gedib. AzPolitika.info "novoye-vremya.com" saytına istinadən bildirir ki, buy səfər Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun həbsi ilə bağlıdır.

M.Seyidov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən dünən Qars aeroportunda həbs olunub. Ona qarşı hər hansı ittihamın irəli sürülüb-sürülmədiyi məlum deyil.

Lakin bəllidir ki, M.Seyidov Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb. Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.

M.Seyidova qarşı da ittihamın irəli sürüləcəyi ehtimalı yüksəkdir.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol