Türkiyənin məşhur aktrisası Hülya Avşar qızı Zəhra Çilingiroğlu ilə bir inşaat firmasının reklam filmində birlikdə rol alıb. Müsavat.com-un məlumatına görə, Hülya Avşar bildirib ki, ilk dəfə bir reklam filmində qızı Zəhra ilə birlikdə oynayıb.
Qızı ilə birlikdə 3 reklam filmi daha çəkəcəklərini deyən aktrisa keçmiş həyat yoldaşı Qaya Çilingiroğlu ilə birlikdə də rol ala biləcəyini qeyd edib.
Hülya Avşarın bu reklamdan 1 milyon türk lirəsi qazandığı iddia edilib.


Şərhlər