Türkiyədə həbs olunan Naxçıvan Muxtar Respublikasının Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun keçmiş prokuror Mirələkbər Seyidovun qardaşı olması haqda AzPolitika.info-nun məlumatı ikinci tərəfindən təkzib olunub.
Bununla bağlı AzNews.az-a açıqlama verən Mirələkbər Seyidov bu xəbərin onda təəccüb yaratdığını söyləyib.
Sabiq prokuror bildirib ki, Naxçıvan Muxtar Respublikasının Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovla hər hansı qohumluq əlaqəsi yoxdur:
“Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi mənim qardaşım deyil. Soyadımızın eyni olması mümkündür. Amma o başqa Seyidovlardandır. Onunla heç bir əlaqəmiz yoxdur”.
AzPolitika.info bir daha bildirir ki, Binəqədi rayonunun keçmiş prokuroru Mirələkbər Seyidovla Sədərək gömrüyünün dünən Türkiyədə həbs olunan rəisi Mirməhəmməd Seyidov doğma qardaşdırlar.
Keçmiş prokurorun bu faktı, daha doğrusu öz qardaşını danması təəcüblüdür.
V.Nəsibov


Şərhlər