“Rusiyanı NATO-dan müdafiə etmək lazımdır"
Almaniya Bundestaqının milliyyətcə türk millət vəkili Sevim Dağdelen “Rusiyaya təcavüzünə görə” NATO-ya qarşı kütləvi etiraz aksiyalarına çağırıb. Anspress-in məlumatına görə, solçu millət vəkili bunu gündəlik “Junge Welt” qəzetində yazdığı məqalədə qeyd edib.
Almaniyalı siyasətçi yazır ki, NATO münaqişələrin dinc yolla həllinə mane olur. O əlavə edir ki, NATO-nun apardığı təbliğat “sülhsevər qüvvələrin” səfərbərliyə alınmasını əngəlləyir.
Dağdelenin fikrincə, məhz buna görə də NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşması geniş kütlələrin etirazına səbəb olmur.
O deyir ki, belə bir hərəkatı yaratmaq üçün isə şücaət lazımdır.
Millət vəkilinin etiraza çağırışına neçə nəfərin qoşulacağı isə məlum deyil.


Şərhlər