Dünyanın ən böyük aktivlərin idarəedilməsi şirkəti olan Blackrock-ın icraçı direktoru (CEO-su) Larri Fink güclü dolların ABŞ iqtisadiyyatında ləngiməyə səbəb olduğunu iddia edib. Larri Fink güclü dolların biznes etibarını da zəiflətdiyini deyib.
Blackrock-ın İcraçı Direktoru, güclü dolların təsirinin yalnız ixracat sektorunda hiss edilmədiyini bildirib.
Larri Fink dolların güclənməsinin "etibar eroziyasına" gətirəcəyini və bəzi CEO-ların investisiya qərarlarını yavaşlatmalarına səbəb olacağını, bunun da gələcəkdə ABŞ-da iqtisadi artımı ləngidəcəyini proqnozlaşdırıb.
Dünyanın ən böyük aktivlərin idarəedilməsi şirkəti olan Blackrock qlobal maliyyə bazarlarında 4,7 trilyon dollarlıq aktivləri idarə edir.
Şirkətin departament sədri Rick Rieder də, zəif çıxan son kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin ixracdakı zərəri əks etdirdiyini irəli sürmüşdü. /"marja"


Şərhlər