İstanbulda ədliyyə binasına silahlı basqın və prokuror Səlim Kirazın öldürülüməsi ilə bağlı aparılan istintaq nəticəsində hadisənin sifarişli olduğu müəyyən edilib. "Trend"-in verdiyi məlumata görə, isntintaq nəticəsində qətlin sifarişçisinin İtaliyada yaşayan Erdal Ünal olduğu üzə çıxıb.
Həmçinin qeyd olunur ki, “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror qruplaşmasının üzvü olan E.Ünal İtaliyada həbs olunub və yaxın zamanda Türkiyəyə göndəriləcək.


Şərhlər