Menu

CƏBHƏDƏ ERMƏNİ BAŞ GİZİRİ ÖLDÜRÜLDÜ

07.04.2015, 14:55
CƏBHƏDƏ ERMƏNİ BAŞ GİZİRİ ÖLDÜRÜLDÜ

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Azərbaycan tərəfinin açdığı atəşlə” 43 yaşlı baş gizir Ayk Sərkisoviç Keşioğluyan öldürülüb.

Baş gizir Keşioğluyanın Ermənistan silahlı qüvvələrində xidmət etdiyi bildirilir, ancaq insidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.

Qeyd edək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Cəvahirli, Kəngərli, Şirvanlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol