Menu

Prezidentin oğlu qəzaya düşdü

08.04.2015, 00:58
Prezidentin oğlu qəzaya düşdü

Aleksey Poroşenkonun maşını "Azov" batalyonunun avtomobili ilə toqquşub

Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu qəzaya düşüb. Aleksey Poroşenko Kiyev şəhərinin mərkəzində avtomobili ilə qəzaya düşüb. Hadisə nəticəsində o ciddi xəsarət almayıb.

Aleksey Poroşenkonun AA 5515 KR nömrə nişanlı “BMW 3” zirehli avtomobili "Azov" batalyonunun “Mitsubişi L200” avtomobili ilə toqquşub.

Xatırladaq ki, Aleksey Poroşenko Ukraynanın millət vəkilidir . O, Vinnitsa dairəsindən Radaya deputat seçilib. (azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol