Menu

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

08.04.2015, 10:17

admin-ajaxAprelin 7-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 60,43 dollara satılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.

Bu, son hərracda qeydə alınmış qiymətdən 3,42 dollar çoxdur.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol