“Casusluq - terrorçuluqla mübarizə məqsədilə həyata keçirilən zərurətdir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, casusluq hər zaman olub: “Casusluq dünyanın ən qədim peşələrindən biridir. Bununla belə, onun mənfi tərəfləri də var. ona görə də bu və ya digər dərəcədə aydın olan qaydalar və müəyyən razılaşmalar, o cümlədən mənəvi aspektdə vacibdir. Xüsusi xidmət orqanlarının iştahalarını məhdudlaşdırmaq, müəyyən qaydalar tətbiq etmək lazımdır. Terrorçu ilə mübarizə üçün təkcə onun özünü yox, həm də bütün əlaqələr sistemini izləmək lazım gəlir”.


Şərhlər