Menu

Nazirlə oğlunun “rüşvət danışığı” açıqlandı

19.12.2013, 14:41
Nazirlə oğlunun “rüşvət danışığı” açıqlandı

Daxili işlər naziri ilə bağlı yeni sənədlər yayıldı və nazir hücuma kəçdi

Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin ölkəni silkələyən antikorrupsiya əməliyyatında həbs olunan oğlu ilə telefonda “rüşvət söhbətləşməsi” ortaya çıxıb.

“Haberler.com” xəbər verir ki, bu barədə iddia “Tərəf” qəzetinin müxbiri, araşdırmaçı jurnalist Mehmet Baransuya aid saytda dərc olunub. Saytın yaydığı sənədlərdən belə çıxır ki, oğluna verilən rüşvətdən Müəmmər Gülərin də xəbəri olub.

İddiaya görə, daxili işlər naziri oğlu ilə alınacaq pullarla bağlı danışıb, onu dinlənilə biləcəklərinə dair xəbərdar edib. Nazirin bu iş üzrə həbs edilən bəzi şəxslərlə telefon danışığında problem yaradan vəzifəlilərin işdən çıxarılmacağına söz verir.

Bu arada Məmmər Gülər 81 vilayətin valisinə başda Mütəşəkkil Qaçaqçılıq və Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin rəisləri olmaqla, “böyük rüşvət əməliyyatı”nda iştirak edən təhlükəsizlik əməkdaşları barədə araşdırmaya başlamaq təlimatı verib. Türkiyə mediasında yer alan xəbərlərə görə, bu təlimatdan sonra bir çox vilayətdə çoxlu sayda təhlükəsizlik əməkdaşı vəzifədən çıxarılıb.

Nazir Gülər “rüşvət əməliyyatı”ndan xəbər tutan kimi Baş Polis İdarəsinin rəisi Mehmet Kılıçlar və başqa polis rəislərilə birlikdə 3 saat davam edən iclas keçirib. İclasda əməliyyat aparılan vilayətlərin polis rəislərindən məlumat istənilib. Nazir əməliyyatın ondan gizli aparılmasına görə geniş miqyaslı araşdırma aparmağa göstəriş verib.

Nazirin təlimatından sonra əməliyytada iştirak edən polis əməkdaşları ilə bağlı araşdırma aparmaq üçün iki müfəttişə səlahiyyətlər verirlib. Baş Polis İdarəsi də daxili təhqiqata başlayıb. Əməliiyatda iştirakı olan polis rəisləri ilə yanaşı bütün əməliyyatçılar da təhqiqatın obyektinə çevrilib. Barələrində araşdırma başladılan polis və əməliyyatçılar vəzifələrindən sui-istifadə və səlahiyyət həddini aşmaqda ittiham olunurlar.

Müəmmər Gülərin oğlu Barış Gülərlə telefon danışıqlarının sənədi:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol