Menu

Bakı polisində gecə həyəcanı 

09.04.2015, 10:20
Bakı polisində gecə həyəcanı 

Bu gecə Bakı polisində həyəcan siqnalı (“trevoqa”) verilib. Saat 5.30 radələrində Bakı şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıb.

Bu haqda məlumatı AZNEWS.AZ-a polis əməkdaşlarından biri verib.

Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub.

Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb.

Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-nə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol