Yeni İstanbul Əmniyyət müdiri təyin olundu. Bu gün işdən çıxarılan Hüseyin Çapkının yerinə Selami Altınok gətirilib.
Qeyd edək ki, Selami Altınok bundan əvvəl Aksaray Valisi idi.
------
Türkiyənin İstanbul şəhərinin əmniyyət müdiri (polis rəisi) işdən çıxarılıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkənin ən böyük şəhərinin polis şefi Hüseyn Çapkın bu gün hökumətin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qərar dekabrın 17-də rüşvət, korrupsiya, qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində İstanbul polisinin keçirdiyi əməliyyatla bağlıdır. H. Çapkın tabeliyindəki polis müdirlərinin təşkil edib, həyata keçirdiyi bu əməliyyatdan xəbərsiz olub. Əməliyyatdan sonra İstanbul polis idarəsinin 5 şöbə müdiri vəzifədən uzaqlaşdırılıb.


Şərhlər