KİV-nin yaydığı bir məlumatda deyilir ki, bu günlərdə Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yuri Sergeyev Təşlükəsizlik şurasının iclaslarında Rusiyanın daimi nümayəndəsi Vitali Çurkini vurmamaq üçün səbrini neçə basdığı barədə danışıb.
Diplomat bu barədə«Ukrainskaya qazeta»ya belə deyib: «Əgər mən Çurkini vursam, onu qəhrəmana çevirmiş olaram».
Sergeyevin sözlərinə görə, o, müvazinətini saxlamaq üçün dua edir və Allahdan hamıya müdriklik diləyir: «Yaxşı effekt verir. Hiss edəndə ki, səni nifrət hissi bürüyür, yaxşısı budur dua edəsən. Büruzə vermək olmaz... Çünki o, emosional - ehtiraslı çıxışları zamanı özü başqalarını qıcıqlandırır...»

Çurkinin nə cavab verdiyi barədə diplomat heç nə deməyib.
AzPolitika.info


Şərhlər