ABŞ-ın vitse-prezidenti Joe Biden deyir ki, İraqda İD silahlılarının irəliləməsi dayanıb, hətta bir çox yerlərdə tamamilə əks proses gedir. Biden aprelin 9-da Vaşinqtonda danışıb.
Aprelin 1-də İraq hökuməti Tikrit sünni şəhərində qələbəsini elan edib. Şiə silahlıları və ABŞ hava qüvvələri İD silahlılarını şəhərdən çıxarıb.
Vitse-prezident deyib ki, İD-nin “məğlubedilməzlik aurası artıq yarılıb”. Biden İraqın baş naziri Hader al-Abadi-ni şiə döyüşçülərinə verdiyi göstərişə görə alqışlayıb. Belə ki, Tikritdə talan və dağıntılar barədə məlumatlar gəlirdi.
Joe Biden deyib ki, İD İraqdakı sünniləri, şiələri və kürdləri birləşdirib.


Şərhlər