Menu

Daha bir prezident "Putin paradı"ndan imtina etdi

10.04.2015, 10:23

488931497-russian-president-vladimir-putin-speaks-during-his.jpg.CROP.promovar-mediumlargeXorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Moskvada qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirakdan imtina edən Avropa liderlərinin sırasına qoşulub. APA-nın xəbərinə görə, bu barədə Xorvatiyanın XİNA agentliyi məlumat yayıb. Zaqreb tədbirlərdə ölkənin Moskvadakı səfiri İqor Pokaz tərəfindən təmsil olunacaq.

Xatırladaq ki, daha əvvəl Almaniya, Böyük Britaniya, Niderland, Fransa, İsveç, Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Avstriya, Bolqarıstan, Monteneqro, İsrail, Moldova liderləri Moskvadakı qələbə paradına qatılmaqdan imtina etmişdilər. Avropa İttifaqının rəhbərliyi də tədbirlərə qatılmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol