Menu

“Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

10.04.2015, 12:09
“Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

“Maydanda fəallara atəş açmaq barədə əmri Viktor Yanukoviç verib”. APA-nın xəbərinə görə, bunu Ukraynanın baş prokuroru Viktor Şokin “lb.ua” saytına müsahibəsində deyib.

Baş prokuror əmrin şifahi və ya yazılı verilməsinin əhəmiyyət daşımadığını söyləyib: “Viktor Yanukoviçin rəhbərliyi ilə cinayətkar qruplaşmanın fəaliyyət göstərdiyini nəzərə alsaq, onda əmrlərin hansı formada, hansı şəkildə verilməsi və icraçıların kimlər olması o qədər də əhəmiyyətli deyil”.

V. Şokin hazırda müstəntiqlərin Yanukoviçin cinayətkar dəstəsi haqda geniş təhqiqat apardığını söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol