Ukraynadakı olaylardan sonra NATO son bir ildə Rusiyadan olan əməkdaşlarının sayını azaldaraq 70-dən 50-yə endirmişdi. «The New York Times»ın yazdığına görə, qurum Brüssel ofisində çalışan daha 20 rus əməkdaşı işdən çıxarır. NATO həmin rus əməkdaşların casus olmasından şübhələnir. Rus əməkdaşların casusluq fəaliyyəti barədə məxfi hesabatı NATO-ya qurumun mülki kəşfiyyat komitəsi təqdim edib.
Rusiya tərəfi məsələni şərh etmək istəməyib. Rusiyanın NATO-dakı daimi nümayəndəsi isə baş verənlərlə bağlı yaxın vaxtlarda açıqlama verəcəyi bildirib. Qeyd edək ki, Rusiyadan olan cəmi 4 əməkdaşın NATO-nun Brüsseldəki baş qərargahına təkbaşına, müşayiətsiz daxil olmaq hüququ var. Bunlar Rusiyanın alyansdakı daimi nümayəndəsi Aleksandr Qruşko, onun müavini, köməkçisi və sürücüsüdür.

Şərhlər