«Wall Street Journal» Rusiyanın Moldovanın separatçı regionunda apardığı hərbi təlimdən yazır. Rusiya agentliklərinin məlumatına görə, Dnestryanı bölgədəki təlimlərdə 400 rus hərbçisi iştirak edib.
«Krımı anneksiya edəndən sonra Vladimir Putin Baltik dənizindən Qara dənizədək uzanan ərazini gözaltı edib və buranı imperiyasının bir hissəsi sayır. Cənab Putin moldovalılarla xəbərdarlıq göndərir ki, Qərbə inteqrasiya arzularından əl çəksinlər».
«Moskva onsuz da moldovalıları Qərblə yaxınlaşmaq niyyətinə görə cəzalandırıb, 2013-cü ildə şərabının, bir il sonra meyvəsinin idxalına qadağa qoyub... Son təlimlər isə elə bir təəssürat yaratmaq istəyir ki, cənab Putin bu dikbaş ölkəni tabe etdirmək üçün daha kəskin addım ata bilər. Qərbin belə bir hərəkətə reaksiyasının Ukraynadakından daha sərt olacağını düşünmək yaxşı olardı. Ancaq buna bel bağlamırıq», - müəllif yazır. /"Azadlıq" radiosu

Şərhlər