Menu

“Ali Radada qondarma soyqırımla bağlı müzakirə gözlənilmir” - Komitə sədri

10.04.2015, 15:24
“Ali Radada qondarma soyqırımla bağlı müzakirə gözlənilmir” - Komitə sədri

Roman Nəsirov: “Ukrayna parlamentində Azərbaycanı dəstəkləyən kifayət qədər insan var”

Ukrayna Ali Radasına təqdim olunan uydurma “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsinin müzakirəsi gündəmdə deyil. Bunu APA-ya açıqlamasında Ali Radanın Gömrük və vergi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Roman Nəsirov deyib.

Prezident Pyotr Poroşenkonun blokundan millət vəkili seçilmiş R. Nəsirov bildirib ki, Ukrayna parlamentində Azərbaycanı dəstəkləyən kifayət qədər insan var və bir deputatın təqdim etdiyi bu layihənin müzakirəyə çıxarılması real deyil: “Ukrayna parlamenti 450 deputatdan ibarətdir və onların hər birinin qanun layihəsi təqdim etmək hüququ var. Həmin layihənin müzakirə olunacağı barədə deputatlara heç bir məlumat verilməyib, belə bir müzakirə gözlənilmir”.

Qeyd edək ki, “soyqırım” layihəsinin müəllifi Odessadan seçilmiş müstəqil deputat, bu yaxınlarda Ermənistana səfər etmiş Vitali Barvinenkodur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol