Menu

İŞİD Bağdad yaxınlığındakı şəhəri ələ keçirdi

11.04.2015, 08:59
İŞİD Bağdad yaxınlığındakı şəhəri ələ keçirdi

"İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşması İraqın ər- Ramadi şəhərinin bir neçə bölgəsində nəzarəti ələ keçirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, uzun sürən döyüş nəticəsində İraq ordusunun azı 10 əsgəri həlak olub.

Anbar əyalətində İraq ordusuna rəhbərlik edən general Qasım Əl-Məhəmmədinin isə yaralandığı bildirilir.

Qeyd edək ki, ər-Ramadi şəhəri paytaxt Bağdaddan 110 km qərbdə yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol